23 
Avq
2017
17:36
200
19
2307
Virtual karabakh

Gürcüstanın müdafiə naziri Azərbaycana minnətdarlıq edib

23 Avq, 2017
17:36
2307

Gürcüstanın müdafiə naziri Azərbaycana minnətdarlıq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın müdafiə naziri Levan İzoriya ölkə ərazisində davam edən güclü yanğınların söndürülməsində Azərbaycanın göstərdiyi köməyi yüksək qiymətləndirib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, nazir Gürcüstan hökuməti və xalqı adından Azərbaycana təşəkkür edib: “Azərbaycana bizə göstərdiyi qardaşlıq köməyinə görə minnətdarıq. Yanğınlarla bağlı monitorinqi məhz Azərbaycan tərəfinin göndərdiyi helikopterlə həyata keçirmişik. Yüksək əməkdaşlıq sayəsində yanğın ocaqlarını birgə müəyyən etməyə nail olmuşuq”.

Nazir deyib ki, yanğın ocaqları minimallaşdırılsa da, külək yanğının qarşısının tam alınmasına mane olur: “Azərbaycan və digər ölkələrin göstərdiyi kömək sayəsində yanğın ərazisinə yaxın yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik”.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri