11 
Sen
2017
08:52
159
58
6632
Virtual karabakh

ABŞ-da baş verən 11 sentyabr terror aktlarından 16 il ötür – VİDEO

11 Sen, 2017
08:52
6632

ABŞ-da baş verən 11 sentyabr terror aktlarından 16 il ötür – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2001-ci ildə ABŞ-da törədilmiş 11 sentyabr terror aktlarından 16 il ötür. Bazar ertəsi kişi, qadın və uşaqlar da daxil olmaqla 2977 nəfərin ölümü ilə nəticələnən faciə qurbanlarının xatirəsi anılacaq.

Oxu.Az Report-a istinadla xəbər verir ki, matəm mərasimi Manhettendə terror aktları qurbanlarının xatirəsinə ucaldılmış memorialın qarşısında başlayacaq.

Bakı vaxtı ilə 16:46-da birinci bir dəqiqəlik ümumşəhər sükutu elan olunacaq. Ardınca memorial ərazisində həzin musiqi sədaları altında bütün həlak olanların adları sadalanacaq. Sükut cəmi altı dəfə olacaq, onlar hər il elan edilir.

2001-ci ilin 11 sentyabrında “Əl-Qaidə” terror qruplaşmasından olan 19 terrorçu 4 sərnişin təyyarəsini ələ keçirib. Onlardan ikisi Ümumdünya Ticarət Mərkəzinin qoşa binalarına, daha biri Pentaqonun binasına yönləndirilib. Digər dördüncüsü isə Vaşinqton istiqamətində yönləndirilsə də Pensilvaniya ştatının Şenksvill şəhəri yaxınlığında qəzaya uğrayıb.

 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri