12 
Sen
2017
10:13
179
12
2733
Virtual karabakh

Argentinada erməni mafiyasının üzvləri yaxalandı

12 Sen, 2017
10:13
2733

Argentinada erməni mafiyasının üzvləri yaxalandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentina polisi tərəfindən 2017-ci ilin 2 sentyabr tarixində həyata keçirilmiş əməliyyat nəticəsində “üzüklərin hökmdarı” adı ilə tanınan, "Bulgary", "Tiffany´s" və  "Armani" kimi məşhur markalara məxsus zinət əşyalarının saxta nümunələrinin hazırlanması ilə məşğul olan cinayətkar qrupun 6 üzvü həbs olunub.

Oxu.Az news.az-a istinadən xəbər verir ki, bu barədə Argentina KİV-i məlumat yayıb.

Əməliyyat eyni zamanda üç yerdə - zinət əşyalarının hazırlandığı emalatxanada, onların satış məntəqəsində və qiymətli metalların saxlandığı mənzildə aparılıb.

Argentina mətbuatında yayılmış xəbərlərə əsasən, həbs olunmuş 6 nəfərdən 5-i ermənidir.

Argentina Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata əsasən, hüquq-mühafizə orqanları cari ilin aprel ayından həmin cinayətkar qrupun axtarışındadır.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri