12 
Sen
2017
15:27
236
33
2035
Virtual karabakh

Rusiya və Türkiyə S-400 komplekslərinin tədarükü barədə müqavilə imzaladılar

12 Sen, 2017
15:27
2035

Rusiya və Türkiyə S-400 komplekslərinin tədarükü barədə müqavilə imzaladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Moskva və Ankara Türkiyəyə S-400 “Triumf” zenit-raket komplekslərinin tədarükü barədə müqavilə imzalayıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "İnterfax" nəşri Hərb-texniki Əməkdaşlıq üzrə Federal Xidmətə istinadən məlumat yayıb.

“Hazırkı mərhələdə məsələnin həssaslığını nəzərə alaraq, bütün detalları açıqlaya bilmərik”, - mənbə deyib.

Qurumdan bildiriblər ki, müqavilənin şərtlərini yalnız müştəri şərh edə bilər.

“Bununla belə, onu da qeyd etmək lazımdır ki, S-400 komplekslərinin Türkiyəyə tədarükü Rusiya Federasiyasının geosiyasi maraqlarına uyğundur”, - mənbə əlavə edib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri