13 
Sen
2017
11:44
143
71
5138
Virtual karabakh

Alman jurnalı "Focus" Putini təhqir etdi - FOTO

13 Sen, 2017
11:44
5138

Alman jurnalı "Focus" Putini təhqir etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alman jurnalı "Focus" Rusiya prezidenti Vladimir Putini özünün sonuncu nömrəsindəki  Angela Merkelə həsr olunmuş məqaləsində təhqir edib.

Oxu.Az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Məqalədə belə bir parça verilib: “Əlbəttə, o, Putinin itindən qorxur, lakin o, it-Putindən, sözsüz ki, qorxmur” (Sie hat zwar Angst vor Putins Hund, aber keine Angst vom Hund Putin). Görünür, müəllif effektli söz oyununa nail olmaq istəyib”. 

Məqalədən parça Rusiyanın Almaniyadakı səfirliyinin "Twitter" səhifəsində paylaşılıb.

“Focus" bunu provokasiya məqsədilə etdiyini düşünür. Belədirmi? Xeyr. Açıqcasına axmaqlıqdırmı? Birmənalı şəkildə. Bəs buna @RegSprecher (AFR hökuməti yanında mətbuat məsələləri üzrə qurum) nə deyəcək?”, - dipmissiyanın məlumatında bildirilir.

Səfirliyin nümayəndələri "twit"də Almaniya hökumətində mətbuat və informasiya şöbəsinin rəhbəri Şteffen Zaybertə müraciət ediblər, lakin o, hələ cavab verməyib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri