13 
Sen
2017
19:16
10
589
5513
Virtual karabakh

Yüzdən çox müsəlman Myanma sərhədini keçmək istəyərkən ölüb – VİDEO

Avqustun sonlarından etibarən Myanmanın Rohingya ştatından olan ən azı 102 qaçqın Banqladeş sərhədini keçmək istəyərkən ölüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı bdnews24 xəbər portalı yayıb.

Onların hamısı Myanma-Banqladeş sərhədində Naf çayını keçmək istəyərək batıb. Rohingya müsəlmanları nasaz vəziyyətdə olan və həddən artıq yükləndiyi üçün tab gətirməyib batan qayıqlarla sərhədi keçməyə çalışırlar. 

Rohingyada münaqişənin gərginləşdiyi gündən (25 avqust) sutka ərzində iki-üç belə hadisə barədə məlumat gəlir. Ümumilikdə isə, bu müddət ərzində ümumilikdə 400 nəfər ölüb, 370 min nəfər isə Banqladeşə qaçıb.

Qeyd edək ki, Arakan müsəlmanları 2012-ci ildən Myanma hökuməti tərəfindən sıxışdırılır, kütləvi şəkildə qırğınlara məruz qalırlar.

S.B.
www.oxu.az

Digər Dünya xəbərləri