13 
Sen
2017
19:59
64
186
4085
Virtual karabakh

Moskvada bomba həyəcanı: 20 min insan təxliyyə edildi

13 Sen, 2017
19:59
4085

Moskvada bomba həyəcanı: 20 min insan təxliyyə edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvanın müxtəlif ictimai yerlərində bomba xəbərdarlığından sonra 20 mindən çox insan təxliyyə olunub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS nəşrinə hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Paytaxtın 30-dan çox obyektində bomba xəbərdarlığından sonra insanlar təxliyyə edilib”, - agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, bomba barədə məlumatların əsas hissəsi “Afimoll”, “Metropolis”, “Qorod”, Mərkəzi Univermaq, “Festival”, “Varşavski” və “Kojevniki” kimi ticarət mərkəzlərinə aiddir. 

Həmçinin “Kosmos”, “Zvyozdnaya” və “Azimut” mehmanxanalarından da insanlar çıxarılıb. Bundan əlavə naməlum şəxslər “Kiyevski” və “Kazanski” vağzallarında da bomba olduğunu bildiriblər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri