19 
Sen
2017
08:47
22
83
2148
Virtual karabakh

İndoneziya prezidentinə qarşı sui-qəsd

19 Sen, 2017
08:47
2148

İndoneziya prezidentinə qarşı sui-qəsd

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndoneziya təhlükəsizlik qüvvələri ölkə prezidenti Coko Vidodoya qarşı sui-qəsd cəhdinin qarşısını alıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ötən gün Qərbi Yava əyalətində dövlət başçısına sui-qəsdin təşkil edilməsində şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.

Üzərində partlayıcı qurğu aşkarlanan şəxs Sirebon şəhər hava limanı yaxınlığında saxlanılıb. Məlumata əsasən, şübhəli sui-qəsdi sentyabrın 19-da, prezidentin helikopter meydançasına gəlişi zamanı həyata keçirməyi planlaşdırıb.

İlkin araşdırmalara görə, saxlanılan şəxs İŞİD-lə əlaqəli yerli ekstremist özəyin üzvüdür. Son zamanlar ölkədə baş verən terror aktlarının arxasında İŞİD-lə əlaqəli yerli qruplaşmalarının durduğu güman edilir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri