19 
Sen
2017
08:57
25
62
2121
Virtual karabakh

“Mariya” qasırğası Dominikan baş nazirinin evini uçurdu

19 Sen, 2017
08:57
2121

“Mariya” qasırğası Dominikan baş nazirinin evini uçurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karib dənizində maksimal 5-ci dərəcəyədək güclənən “Mariya” qasırğası  Dominikan Birliyinin baş naziri Ruzvelt Skerritin evini uçurub.

Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, baş nazir bu barədə özünün “Facebook” səhifəsində yazıb.

“Şiddətli külək evin damını uçurub. Təbii fəlakət qarşısında acizəm. Hazırda evi su basır”, -yazan R.Skerrit daha sonra xilas edildiyini bildirib.

Qeyd edək ki, 2015-ci ilin avqustunda “Erika” qasırğası Dominikan adasında ciddi fəsadlar törədib.

Donald Tramp “Mariya” qasırğası ilə əlaqədar Karib dənizindəki ABŞ-a məxsus Vircin adalarında fövqəladə vəziyyət elan edib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri