19 
Sen
2017
09:39
71
11
2306
Virtual karabakh

Yer kürəsi ətrafında 79 gün

19 Sen, 2017
09:39
2306

Yer kürəsi ətrafında 79 gün

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şotlandiyalı Mark Bomont 79 günə Yer kürəsini velosipedlə dövr edərək, dünya rekordu müəyyənləşdirib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, o, sentyabrın 18-də Parisdə Zəfər tağlarında səyahətinə yekun vurub.

34 yaşlı Bomont dünya səyahətinə iyulun 2-də Parisdən yola düşüb. Bu müddət ərzində velosipedçi 16 ölkənin ərazisindən keçməklə, təxminən 29 min km məsafə qət edib. O, gündə orta hesabla 370 kilometr yol gedib. O, əvvəlki - 44 günlük dünya rekordunu təzələyib. Şotlandiyalı bildirib ki, onu bu addımı atmağa Jül Vernin "80 gün Yerin ətrafında" romanı ilhamlandırıb.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri