19 
Sen
2017
13:57
45
192
13430
Virtual karabakh

Rus-belarus təlimlərində vertolyot tamaşaçıların üzərinə raket buraxdı - VİDEO

19 Sen, 2017
13:57
13430

Rus-belarus təlimlərində vertolyot tamaşaçıların üzərinə raket buraxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Leningrad vilayətində yerləşən “Lujskiy” poliqonunda, Rusiya və Belarusun birgə keçirdiyi “Qərb-2017” hərbi təlimlərində baş vermiş insident nəticəsində bir neçə insan xəsarət alıb.

Oxu.Az 66.ru-ya istinadən xəbər verir ki, Ka-52 hərbi vertolyotu nasazlıq nəticəsində, qeyri-ixtiyari olaraq “yer-hava” raketlərini tamaşaçılar olan yerə buraxıb. Hadisə nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Qərb-2017" hərbi təlimləri 14-20 sentyabr tarixlərində Belarus ərazisində və Rusiyanın 3 poliqonunda keçirilir. Məlumata görə, hərbi təlimlərdə 12,7 min hərbçidən ibarət şəxsi heyət iştirak edir.

E.Ə, E.C.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri