19 
Sen
2017
17:11
31
131
3025
Virtual karabakh

Putin “Müharibə Oyunları”nda iştirak etdi – VİDEO

19 Sen, 2017
17:11
3025

Putin “Müharibə Oyunları”nda iştirak etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin Belarusla birgə təşkil olunan “Müharibə Oyunları” hərbi təlimlərində müşahidəçi kimi iştirak edib.

Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, dünya mediası bu təlimləri Putinin Qərbə güc nümayişi kimi şərh edir.

Təlimlərin keçirildiyi bölgədən çəkilmiş görüntülər gerçək müharibə mənzərəsini xatırladır.

Rəsmi məlumatlara əsasən, təlimlərə 13 minə yaxın hərbçi qatılıb. Lakin NATO müşahidəçiləri bu rəqəmin daha böyük – 100 minə yaxın olduğunu ehtimal edir.

Təlimlər zamanı tanklardan, müxtəlif zirehli avtomobillərdən, iriçaplı silahlardan və raketlərdən istifadə olunub. Rusiya, eyni zamanda, hərbi gəmilər vasitəsilə Qazaxıstanda yerləşən hədəflərə atəş açıb.

Qeyd edək ki, təlimlərin qeyri-şəffaflığı NATO ölkələrinin, o cümlədən, Polşa və Baltikyanı ölkələrin dərin narahatlığına səbəb olub. Qərb ölkələri rəsmi Moskvanın niyyətini təndiq ediblər.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri