20 
Sen
2017
10:05
21
212
3013
Virtual karabakh

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 224-ə çatdı - YENİLƏNİB

20 Sen, 2017
10:05
3013

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 224-ə çatdı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksikada gücü Rixter şkalası ilə 7,1 bal olan zəlzələ baş verib. Yeraltı təkanlar ən çox paytaxt Mexikoda hiss olunub.

Oxu.Az milli.az-a istinadən bildirir ki, zəlzələnin episentri Meksikanın Morales ştatındakı Aşopiapan şəhərindən 12 km aralıda, 51 km dərinlikdə olub.

Əvvəlcə 7,1 bal, sonra 6,8 bal gücündə iki zəlzələ olub.

Mexikoda 44 bina yerlə yeksan olub.

Zəlzələ nəticəsində 224 nəfər həlak olub, 1,85 milyondan artıq insan elektroenerjidən məhrum olub.

Yeraltı təkanlardan sonra Popokatepetl vulkanı püskürməyə başlayıb.

ABŞ, Kanada və BMT Meksikaya yardım təklif ediblər. Zəlzələdən ziyan çəkmiş bölgələrdə genişmiqyaslı xilasetmə işləri aparılır.

Zəlzələ zamanı Popokatepetl ətəyində olan kilsə dağılıb. Puebla vilayətinin qubernatoru Xose Antonio Qalinin dediyinə görə, kilsədə ibadətdə olan 15 nəfər həlak olub.

Mexikodan savayı, ölkənin mərkəzindəki Puebla və Morales ştatlarında da güclü dağıntılar var.

Mexikoda zəlzələdə orta məktəb dağılıb. 22 nəfər, o cümlədən 20 uşaq həlak olub.

08:38

Yeni məlumatlara görə, Meksikada güclü zəlzələ nəticəsində azı 139 nəfər həyatını itirib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin Qəza-Xilasetmə Xidmətinin rəhbəri Luis Felipe Puente məlumat yayıb.

“Hazırda 139 nəfərin öldüyü xəbər verilir: 64 nəfər Morelos ştatında, 36 nəfər Mexiko şəhərində, 29 nəfər Puebla ştatında, 9 nəfər Mexiko ştatında və 1 nəfər Qerrero ştatında”, - deyə Puentenin “Twitter”də yazdığı məlumatda bildirilir.

Çərşənbə axşamı Meksikada 7,1 maqnituda zəlzələ baş verib. Nəticədə evlər dağılıb, insanlar təxliyyə olunub və paytaxt Mexikoda fövqəladə vəziyyət rejimi elan edilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri