20 
Sen
2017
14:13
19
166
1436
Virtual karabakh

Polşa prezidenti: Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir

20 Sen, 2017
14:13
1436

Polşa prezidenti: Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər".

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib. “Polşanın bu məsələdə mövqeyi dəyişməyib. Münaqişə sülh yolu və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”, - deyə o, söyləyib.

 S. Sarkisyan da öz növbəsində bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrləri və  Avropa İttifaqının balanslaşdırılmış mövqeyinin əhəmiyyətini vurğulayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri