21 
Sen
2017
08:35
15
46
1435
Virtual karabakh

Kaliforniya prokurorundan Meksika ilə sərhəddə divarın çəkilməsinə qarşı iddia

21 Sen, 2017
08:35
1435

Kaliforniya prokurorundan Meksika ilə sərhəddə divarın çəkilməsinə qarşı iddia

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kaliforniya ştatının prokuroru Xavyer Beserra prezident Trampın qərarı ilə Meksika ilə sərhəddə divarın çəkilməsinə qarşı iddia qaldırıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, dövlət başçısı ABŞ Konstitusiyasını pozmaqda, ətraf mühitinin müdafiəsinə dair qanunların pozulmasında və qərarın federal qanunlara zidd olduğuna görə ittiham edilir.

Xavyer Beserraya görə, divarın çəkilməsi qeyri-qanunidir. Çünki ABŞ Daxili Təhlükəsizlik nazirliyi ətraf mühitin müdafiəsinə dair bir sıra qanunlara əməl etməyib. Bundan əlavə, prokuror ABŞ Konstitusiyasının 10-cu düzəlişinin pozulduğunu iddia edir. Düzəlişə əsasən, mərkəzi hökumətə aid olmayan səlahiyyətlərin icrası ayrı-ayrı ştatların ixtiyarındadır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhəddə divarın çəkilməsini vəd edib. Ötən həftə Tramp tikintinin artıq başlandığını bəyan edib.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri