21 
Sen
2017
08:47
16
157
1866
Virtual karabakh

Meksikada zəlzələ qurbanlarının sayı 230-a çatdı

21 Sen, 2017
08:47
1866

Meksikada zəlzələ qurbanlarının sayı 230-a çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230 nəfərə çatıb.

Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə respublikanın mülki müdafiə qüvvələrinin milli koordinatoru Luis Felipe Puenteyə istinadən məlumat yayıb.

O, “Twitter”də bildirib ki, 230 nəfər güclü zəlzələnin qurbanı olub.

“Mexikoda ölənlərin sayı 100-ə qədər artıb. Ümumi say (ölənlərin - red) 230 nəfərdir”, - deyə o yazıb.

Meksikanın Milli Seysmologiya Mərkəzinin məlumatına görə, 7,1 bal gücündə zəlzələnin episentri Mexikodan 111 kilometr cənubda yerləşib. Zəlzələdən sonra 10-dan çox yeraltı təkan qeydə alınıb.

A.S.
www.oxu.az

 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri