21 
Sen
2017
10:15
102
38
9502
Virtual karabakh

“Uçan körpü” piyada estakadası – VİDEO + FOTO

21 Sen, 2017
10:15
9502

“Uçan körpü” piyada estakadası – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Paryaşiy most” (“Uçan körpü”) piyada estakadası Moskva şəhərində, “Zaradye” parkının ərazisində, sabiq “Rossiya” hotelinin yerində layihələndirilib və tikilib.

“Paryaşiy most” piyada estakadası “Zaradye” parkının ərazisinin, avtomagistralın, Moskva çayının və onun sahilinin üzərindən asılıb. Estakadaya giriş “Zaradye” parkının ərazisindən nəzərdə tutulur.

“Paryaşiy most” piyada estakadasının layihəsi, Bakı şəhərinin “Hidrotransproyekt” hidrotexniki və nəqliyyat qurğuları üzrə elmi-tədqiqat mərkəzinin Moskva filialı olan “Hidrotransproyekt İnstitutu” QSC-nin mütəxəssisləri tərəfindən verilib. Onun tikintisi “EVRASCON” Avro-Asiya İnşaat Korporasiyası tərəfindən həyata keçirilib.

“Paryaşiy most” üç aşırımlı (64,65+138,0+41,75), kəsilməz tir konstruksiyalıdır. Körpünün mərkəzi aşırımı 70 m konsollu Λ-vari formasındadır, 64,65 və 41,75 m iki aşırımın davamı olaraq, dörd massiv dəmir-beton dayaq üzərində oturub.

“Paryaşiy most” piyada estakadasınının konsolun uzunluğu 70 m olduğu üçün unikal qurğulara aid edilir. İndiyə qədər belə konsolu olan qurğular tikilməyib. “Bu göstərici qurğunun unikal cəhətini” nəzərə alsaq, “Paryaşiy most” Ginnesin Rekordlar kitabına daxil edilə bilər.

• Piyada estakadasının uzunluğu (oxlar arası) – 244,4 m;

• Piyada estakadasının tam eni - 6,2 m (dəmir-beton tir – 1,8 m, konsol - 4,4 m);

• Piyada estakadasının hərəkət hissəsinin qabariti - Q -4,0 m;

• Normativ piyada yükü – 400 kq/m2.

Estakadanın hərəkət hissəsi 45 mm qalınlığında qara şam ağacından ibarət döşəmə şəklində verilib. Döşəmə metal tir-konsolları üzərinə düzülür. Hərəkət hissəsi konsolu paslanmayan polad vərəqlərlə üzlənir.  “Paryaşiy most”un uzunluğu boyunca qara şamdan skamyalar quraşdırılıb.

Mənzərə meydançası olan estakada həm daxili, həm də xarici hissədən “tripleks” tipli yüksək davamlı 22 mm qalınlığında və 1,5 m hündürlüyündə  şüşə ilə çəpərlənib.

“Hidrotransproyekt” hidrotexniki və nəqliyyat

qurğuları üzrə ETM-nin baş mühəndisi                                                 Əliyev Qulam Nadir oğlu

 


www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri