21 
Sen
2017
14:18
37
51
1971
Virtual karabakh

Meksikanın Azərbaycandakı səfirliyi: Meksika xalqının həmrəyliyi bir daha bəlli olur

21 Sen, 2017
14:18
1971

Meksikanın Azərbaycandakı səfirliyi: Meksika xalqının həmrəyliyi bir daha bəlli olur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksikanın Azərbaycandakı səfirliyi Meksikada baş vermiş zəlzələ ilə bağlı məlumat yaydı.

Oxu.Az xəbər verir ki, Meksikanın tarixində ən güclü zəlzələ sentyabrın 7-də baş verdi və onun gücü Rixter şkalası ilə 8,2 bal təşkil etdi. 

Səfirlik məlumatda bildirib ki, bu ilin sentyabr ayı ərzində Meksika, nəticəsində yüzlərlə ölü, yaralı və böyük miqdarda ziyan baş vermiş iki zəlzələ ilə üzləmişdi. 

"Həmin zəlzələ ölkənin cənubunda yerləşən Çiapas və Oaxaka ştatlarında 97 insan tələfatı daxil olmaqla, böyük ziyanlara səbəb oldu. Sentyabrın 19-da Rixter şkalası ilə 7,1 bal gücündə olan digər güclü zəlzələ qeydə alındı. Bu ikinci zəlzələ Respublikanın yeddi ştatında hiss edilmişdi. Zəlzələdən əziyyət çəkmiş ştatların təqdim etdiyi rəsmi son məlumatlara əsasən, zəlzələ nəticəsində 246 insan həlak oldu, Mexiko şəhərində 38 bina dağıldı və yeddi ştatda çoxsaylı ziyanlar yer aldı. Ikinci zəlzələnin episentri Mexiko şəhərindən 120 km məsafəsində yerləşdi, məhz ona görə ölkənin mərkəzində təkanlar güclü şəkildə hiss olundu. Yerin titrəyişi Meksikanın paytaxtında çoxsaylı panika və qorxu səhnələrinə səbəb olmuşdu, belə ki, təkanlar 1985-ci ilin sentyabrın 19-da baş vermiş və minlərlə insan tələfatına gətirmiş, Rixter şkalası ilə 8,1 bal gücündə olmuş zəlzələnin anılması üçün meksikalıların küçələrdə toplanmasından iki saat sonra baş verdi.

Respublika prezidenti Enrike Penya Nieto 19 sentyabr 2017-ci il tarixində MX Planını işə salaraq, silahlı qüvvələrə dağıntılar altında sağ qalanların xilas edilməsində yerli hakimiyyət və vətəndaşlara kömək etmələri üçün əmr verib. Eyni zamanda, 7 sentyabr zəlzələsi nəticəsində ziyan çəkmiş Çiapas və Oaxaka əhalisinə yardımın davamlı şəkildə göstərilməsinə dair təlimat verdi.

Bu məqamlarda, xilasedici işlərdə iştirak etmək üçün küçələrə çıxan soydaşlarımızla Meksika xalqının həmrəyliyi bir daha bəlli olur. Bu, Dövlətin – xalq ilə hökumətin birgə olaraq – təbiətin bu çağırışlarının öhdəsindən gələcəyinin təsdiqidir".

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri