21 
Sen
2017
14:30
87
25
1341
Virtual karabakh

Moldova prezidentinin istefası təklif edilib

21 Sen, 2017
14:30
1341

Moldova prezidentinin istefası təklif edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldova Liberal Partiyasının fraksiyası ölkə prezidenti İqor Dodonun istefası ilə bağlı layihəni parlamentə təqdim edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Moldova prezidenti qanunları təsdiqləmir və nəzərdən keçirmək üçün geri qaytarır.

“Prezident yalnız qanunları təsdiqləməkdən imtina etmir, həm də son zamanlar səhvlər buraxır. Onun tutduğu vəzifədən uzaqlaşdırılması və referendumun keçirilməsi haqqında qərar layihəsi təqdim edirik. Bütün fraksiyalardan olan həmkarımızdan bu təşəbbüsü dəstəkləmələrini xahiş edirik”, - Liberal Partiyanın sədri Mixay Qimpu bildirib.

Məlumata görə, Moldova parlamentinin 101 deputatından 11-i Liberal Partiyanın üzvüdür. Moldova Konstitusiyasına əsasən, prezidentin tutduğu vəzifədən azad edilməsi təklifini deputatların 1/3-i irəli sürə bilər.

Qeyd edək ki, İ.Dodon Rusiya, parlament və hökumət isə qərbyönümlüdür. Ona görə də prezident qərbyönümlü parlament və hökumətin qəbul etdiyi sənədləri təsdiqləmir. Onun təkliflərini isə parlamentdə deputatlar dəstəkləmirlər. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri