22 
Sen
2017
08:55
103
23
2842
Virtual karabakh

Pxenyan Trampa hidrogen bombasının sınağı ilə cavab verəcəyini bəyan etdi

22 Sen, 2017
08:55
2842

Pxenyan Trampa hidrogen bombasının sınağı ilə cavab verəcəyini bəyan etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nyu -Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak edən Şimali Koreyanın XİN rəhbəri Li Yon Xo jurnalistlərə bildirib ki, Pxenyan Donald Trampın BMT-dəki nitqinə cavab olaraq, Sakit okeanda hidrogen bombasını sınaqdan keçirə bilər.

Oxu.Az bu barədə APA-ya istinadla xəbər verir.  

Şimali Koreyanın lideri Kim Çen In bundan əvvəl Trampın çıxışını “ağılsız”, onun özünü isə “alovla oynayan xuliqan və quldur” adlandırıb və nitqinə cavab olaraq sərt tədbirlər görəcəyini vəd edib.

Qeyd edək ki, Donald Tramp çıxışında KXDR-in ABŞ-ın təhlükəsizliyinə təhdid yaradacağı təqdirdə bu ölkə yerlə yeksan edəcəyini deyib.   

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri