22 
Sen
2017
10:05
28
110
8290
Virtual karabakh

AST Telmanın hotelində böyük qalmaqal

22 Sen, 2017
10:05
8290

AST Telmanın hotelində böyük qalmaqal

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Mardan Palace" hotelinin işçiləri maaşlarını ala bilmədikləri üçün Əmək və İş İdarəsinə şikayət ediblər.

Oxu.Az "APA-Economics"-ə istinadən xəbər verir ki, müvafiq quruma daxil olan şikayət ərizələrinə hotel personalının mütləq əksəriyyəti qol çəkib.

Bununla yanaşı, hotelin internet saytı üzərindən satışlar da dayandırılıb. İnternet resurs üzərindən rezervasiya etmək istəyənlər "Aradığınız kriterlere uygun oda bulunamamıştır" bildirişi ilə üzləşirlər. Bundan başqa, hotelin rezervasiya xətti və elektron poçt vasitəsilə müraciətlərə cavab verilmir.

İnzibatçılar isə iddia edir ki, hotel fəaliyyətini dayandırmayıb, onlayn rezervasiyalara isə 1 həftəlik fasilə verilib.

Qeyd edək ki, azərbaycanlı milyarder Telman İsmayılova məxsus və dəyəri 1,4 mlrd. dollar olan "Mardan Palace" 2009-cu ildən etibarən fəaliyyət göstərir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri