23 
Sen
2017
00:53
26
218
3434
Virtual karabakh

Saakaşvili 130 dollar mənləğində cərimə olundu

23 Sen, 2017
00:53
3434

Saakaşvili 130 dollar mənləğində cərimə olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lvov vilayətinin Mostiskiy rayon məhkəməsi Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilini sərhədi qeyri-qanuni keçməkdə təqsirli bilərək 3 400 qrivna (130 ABŞ dollarına yaxın) məbləğində cərimə edib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu məhkəməyə sədrlik edən hakim Yuri Bilous bəyan edib.

Bundan əvvəl Ukrayna Dövlət Sərhəd Xidməti M.Saakaşviliyə qarşı sərhədi qeyri-qanuni keçdiyinə görə iddia qaldırıb. Bu inzibati xəta üçün sanksiya 325 dollara qədər cərimə nəzərdə tutur.

Xatırladaq ki, sentyabrın 10-da Mixeil Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb. Sentyabrın 10-da M.Saakaşvili barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri