23 
Sen
2017
14:30
240
27
2838
Virtual karabakh

Türkiyə prezidentinin sözçüsü: Şimali İraqda referendum ləğv edilməsə, ciddi nəticələri olacaq

23 Sen, 2017
14:30
2838

Türkiyə prezidentinin sözçüsü: Şimali İraqda referendum ləğv edilməsə, ciddi nəticələri olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"İraqın şimalındakı referendum ləğv olunmasa, bunun ciddi nəticələri olacaq".

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidentinin baş müşaviri və sözçüsü İbrahim Kalın deyib.

İ. Kalın bildirib ki, kürd muxtariyyətinin rəhbərliyi bu böyük xətadan dərhal geri dönməlidir.

Xatırladaq ki, sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyəti ərazisində müstəqillik barədə ümumxalq səsverməsi keçiriləcək. Türkiyə Milli Təhlükəsizlik Şurasının sentyabrın 22-də keçirilən toplantısında bu referendum qanunsuz elan edilib və baş tutacağı halda, Ankaranın beynəlxalq və ikitərəfli müqavilələrdən irəli gələn hüquqlarından istifadə edəcəyi bildirilib. Türkiyə Silahlı Qüvvələri hazırda İraqla həmsərhəd ərazidə hərbi təlim keçirir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri