24 
Sen
2017
18:40
172
28
7576
Virtual karabakh

Misirin paytaxtı köçürülür

24 Sen, 2017
18:40
7576

Misirin paytaxtı köçürülür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misirin hazırda tikintisi davam edən yeni inzibati paytaxtı gələn ilin sonlarında dövlət idarələrini qəbul etməyə hazır olacaq.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Misirin baş naziri Şərif İsmayıl bəyan edib.

Qeyd edək ki, əhalisi 20 milyon nəfərə çatan paytaxt Qahirədən 45 km şərqdə yerləşən Yeni Qahirənin tikintisi barədə iddialı plan 2015-ci ilin martında elan edilib. Süveyş kanalına qədər uzanan və dünyanın məşhur biznes-mərkəzləri ilə rəqabət aparacağı iddia olunan şəhərin tikintisinin 45 milyard dollara başa gələcəyi və 5 milyon insanın məskunlaşacağı proqnozlaşdırılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri