12 
Okt
2017
08:50
206
24
3243
Virtual karabakh

Suriyada britaniyalı terrorçu qadın öldürüldü

12 Okt, 2017
08:50
3243

Suriyada britaniyalı terrorçu qadın öldürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyada İŞİD-ə qoşulmuş “ağ dul qadın” ləqəbli  Böyük Britaniya vətəndaşı Salli Cons öldürülüb.

Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, Salli Cons Rakka şəhərində ABŞ-a məxsus pilotsuz uçuş aparatının (PUA) endirdiyi zərbə nəticəsində məhv edilib. Terrorçu qadınla birgə onun 12 yaşlı oğlu da ölüb.

Dörd il əvvəl 45 yaşlı Salli Cons Birminqem şəhərindən olan Cüneyd Hüseynə ərə gedərək, Suriyaya üz tutub. Avropa vətəndaşlarını İŞİD terror təşkilatına cəlb edən əsas şəxs kimi tanınan Cüneyd Hüseynin azı 12 terror aktında əli olduğu məlum olub.

2015-ci ildə C.Hüseyn pilotsuz uçuş aparatı tərəfindən vurularaq, məhv edilib. Onun ölümünə görə intiqam almaq istədiyini deyən S.Cons Qərb ölkələrində terror aktları planlaşdıran diversant qrupuna rəhbərlik etdiyini bəyan edib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri