12 
Okt
2017
21:34
197
38
2720
Virtual karabakh

ABŞ-ın ardınca İsrail də YUNESKO-dan çıxır

İsrailin ABŞ-ın ardınca YUNESKO-dan çıxmaq niyyətindədir.

Oxu.Az-ın xəbərinə görə, baş nazir Benyamin Netanyahu ölkənin Xarici İşlər Nazirliyinə müvafiq sənədləri hazırlamağı tapşırıb.

Qeyd edək ki, bundan əvvəl Amerika Birləşmiş Ştatları da təşkilatın sıralarını tərk etdiyini elan edib.

ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESСO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək.

Xatırladaq ki, Birləşmiş Ştatlar 2011-ci ildə Fələstinin təşkilatın sıralarına tamhüquqlu üzv qəbul olunmasından sonra YUNESKO-nun maliyyələşdirilməsində iştirakdan imtina edib.

S.B.
www.oxu.az

Digər Dünya xəbərləri