13 
Okt
2017
02:01
59
22
1119
Virtual karabakh

YUNESKO-nun baş direktoru dördüncü turda da seçilmədi

Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin 4-cü turu da nəticə verməyib. 

Oxu.Az-ın xəbərinə görə, namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.

YUNESKO-nun yeni rəhbəri vəzifəsinə üç ölkənin nümayəndələri iddia edir. Onlarını sırasında Frananın sabiq mədəniyyət naziri Odri Azule, Misirin sabiq ailə və cəmiyyət məsələləri üzrə naziri Muşira Xəttab və Qətərdən olan diplomat Həməd bin Əbdüləziz əl-Kavari var.

Keçirilən səsvermədə Azule və Xəttab 18, əl-Kavari isə 22 səs toplaya biliblər. Lazımi 30 səsi isə heç bir namizəd toplaya bilməyib.

S.B.
www.oxu.az

Digər Dünya xəbərləri