16 
Okt
2017
12:25
121
12
1319
Virtual karabakh

Erməni komandirləri xəsarət almış hərbçiləri müavinətdən məhrum edirlər

16 Okt, 2017
12:25
1319

Erməni komandirləri xəsarət almış hərbçiləri müavinətdən məhrum edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan ordusunun komandirləri tərəfindən bir çox cinayət  hadisələrinin avtoqəza kimi sənədləşdirilməsi hərbçilərə, onların valideynlərinə müavinətlərin ödənilməsi və sığortaların alınması yolunu avtomatik bağlamış olur.

Oxu.Az-ın məlumatına görə, 2017-ci il ərzində Ermənistan ordusunun hərbi qulluqçuları tərəfindən törədilən avtomobil qəzalarının sayı durmadan artır. Son 3 avtoqəza hadisəsi zamanı 7 Ermənistan hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanalara yerləşdirilib.

Ermənistanın Yexeqnadzor şəhərində avtomobil qəzasına düşən 9-cu motoatıcı alayın zabiti Mkrtç Qaramanyan mülki xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Başqa bir alayın zabiti Artur Hakopyanın isə avtomobil qəzası zamanı ayağı sınıb. Həkimlərin dediyinə görə, ayağına gips qoyulan zabit uzun müddət xidmətə çıxa bilməyəcək.

Daha bir avtomobil qəzası zamanı biri ağır olmaqla, 5 hərbi qulluqçu müxtəlif dərəcəli xəsarətlər alıb. Əlahiddə dağatıcı taboruna məxsus "UAZ" markalı avtomobil işğal olunmuş Aterk yaşayış məntəqəsinin yaxınlığında ağır yol-nəqliyyat hadisəsi törədib. Qəzada 1977-ci il təvəllüdlü Haykuş Asaturovanın ayağı sınıb və kəllə-beyin travması alıb, 1983-ci il təvəllüdlü Edqar Vardanyan isə ayağından zədə alıb. Həmçinin kəllə beyin travması alan 1950-ci il təvəllüdlü  Martik Abelyan və 1969-cu il təvəllüdlü Avedik Movsesyana da hərbi hissənin tibb məntəqəsində ilkin tibbi yardım göstərilib. 1959-cu il təvəllüdlü Qaregin Hovsenyan isə qanaxmadan ölməməsi üçün təcili yardımla şəhər xəstəxanasına çatdırılıb. 

Ermənistan mətbuatının və sosial şəbəkələrinin monitorinqi göstərir ki, bu ilin 9 ayı ərzində avtoqəza nəticəsində düşmən ordusunun 5 hərbi qulluqçusu ölüb, 54 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Avtoqəza zamanı əlil olan hərbi qulluqçular da az deyil. Belə hadisələr zamanı ermənistanlı valideynləri ən çox narahat edən məsələ ailələrin dövlət tərəfindən heç bir yardım ala bilməmələridir.

Valideynlərin çoxsaylı şikayətlərinə əsas səbəb isə komandirlər tərəfindən digər cinayət hadisələrinin də avtomobil qəzası kimi sənədləşdirilməsidir. Bu da, təbii ki, hərbçilərə və onların valideynlərinə müavinətlərin ödənilməsi və sığortaların alınması yolunu avtomatik bağlamış olur.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri