16 
Okt
2017
13:50
13
110
2531
Virtual karabakh

Lavrov Xəzərdə boru xətləri barədə

16 Okt, 2017
13:50
2531

Lavrov Xəzərdə boru xətləri barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya xarici işlər naziri Sergey Lavrov Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilməsinə münasibət bildirib, Оxu.Az TASS-a istinadən xəbər verir.

 Rusiya XİN başçısı Soçidə Ümumdünya Gənclər və Tələbələr Festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı bildirib ki, Xəzərin dibi ilə boru kəməri çəkilməmişdən öncə xəttin inşasının ətraf mühitə necə təsir edəcəyini dərk etmək lazımdır.
 
"Qara dənizdən fərqli olaraq Xəzərdə dəniz mühiti çox həssasdır. Belə boru kəmərlərinin tikintisi barədə qərar qəbul olunmamışdan öncə bu kimi layihələrin ətraf mühitə təsirini diqqətlə öyrənmək lazımdır", - deyə Lavrov vurğulayıb.

N.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri