16 
Okt
2017
19:00
286
28
2505
Virtual karabakh

Türkiyə İraqın şimalına hava məkanını bağlayır

16 Okt, 2017
19:00
2505

Türkiyə İraqın şimalına hava məkanını bağlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının toplantısı başa çatıb.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, toplantı 1 saat 40 dəqiqə sürüb.

Toplantıda ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması, İraqın şimalına Türkiyə Hava məkanının bağlanması, İraqın şimal bölgəsi ilə həmsərhəddə yerləşən İbrahim Halil buraxılış məntəqəsinin bağlanması hökumətə tövsiyə edilib.

Toplantıda Fətullahçı Terror Təşkilatı , PKK (onun Suriyadakı qolları “PYD” və “YPG”), İŞİD başda olmaqla bütün terror qruplaşmalarına qarşı mübarizə dəyərələndirilib.

Rəsmi Bağdadın ölkədə konstitusiyanın suverenliyini təmin edilməsi, xüsusilə Kərkükdə atdığı addımlar dəyərləndirilərək, İraqın ərazi bütövlüyünün dəstəklənməsi bir daha vurğulanıb. 

N.O.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri