16 
Okt
2017
21:21
35
526
6455
Virtual karabakh

Türkiyə ordusu İraqda itki verdi

16 Okt, 2017
21:21
6455

Türkiyə ordusu İraqda itki verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali İraqın Zap rayonunda kustar üsulla hazırlanmış bombanın partladılması zamanı iki türkiyəli hərbi qulluqçu şəhid olub, daha üçü isə yaralanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb. 

Qeyd edilir ki, partlayıcı qurğu PKK terrorçuları tərəfindən işə salınıb. Yaralı hərbçilərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Məlumata əsasən, hadisədən sonra həyata keçirilən hava əməliyyatı zamanı səkkiz terrorçu zərərsizləşdirilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri