17 
Okt
2017
10:42
157
14
2942
Virtual karabakh

Ukrayna hökuməti hərəkətə keçdi: Saakaşvilinin mitinqinə hazırlıq gedir

17 Okt, 2017
10:42
2942

Ukrayna hökuməti hərəkətə keçdi: Saakaşvilinin mitinqinə hazırlıq gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Radasının binasının ətrafında mühafizə gücləndirilib.

Oxu.Az-ın Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə deputat Mustafa Nayem məlumat verib.

“Bütün küçə boyu tikanlı məftil çəkilib. Ancaq xüsusi ayrılmış yerlərdən Konstitusiya meydanına girmək mümkündür. Parlament binasının ətrafında isə Milli qvardiya və iki cərgə polis düzülüb”, - deyə Nayem bildirib.

Xatırladaq ki, bu gün Kiyevdə Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin rəhbərliyi altında mitinq keçiriləcək. Mitinq  zamanı M.Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonun impiçmentinə nail olmağı planlaşdırır.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri