17 
Okt
2017
17:29
283
40
3775
Virtual karabakh

Diasporamızdan Saakaşviliyə dəstək - FOTO

17 Okt, 2017
17:29
3775

Diasporamızdan Saakaşviliyə dəstək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada Azərbaycan diasporasının bir qrup üzvü paytaxt Kiyevdə Ali Radanın qarşısında keçirilən etiraz mitinqinə qatılıb.

Oxu.Az-ın xəbərinə əsasən, mitinqdən çəkilən fotoları Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov özünün "Facebook" səhifəsində paylaşıb.

Azərbaycan diasporasının nümayəndələri “Birlikdə qələbəyə” şüarı ilə mitinqi və onun təşkilatçılarından olan Gürcüstanın eks-prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvilini dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Ali Radasının qarşısında bir neçə min insanın iştirakı ilə etiraz aksiyası başlayıb. 

Mitinq iştirakçıları deputat toxunulmazlığının ləğv edilməsini, seçicilik qanunvericiliyinin dəyişdirilməsini, eləcə də, ölkədə antikorrupsiya məhkəməsi institutunun yaradılmasını tələb edirlər.  

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri