18 
Okt
2017
08:45
36
56
1776
Virtual karabakh

Pekində Çin Kommunist Partiyasının XIX qurultayı başladı

18 Okt, 2017
08:45
1776

Pekində Çin Kommunist Partiyasının XIX qurultayı başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pekində dünyanın ən böyük siyasi partiyası olan Çin Kommunist Partiyasının XIX qurultayı başlayıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qurultayda ölkənin yeni ali rəhbərliyinin seçilməsi və partiya nizamnaməsinə dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Çin Kommunist Partiyasının qurultayı beş ildən bir keçirilir. Bu il qurultay 18-24 oktyabr tarixlərində keçiriləcək. Oktyabrın 25-də XIX çağırış Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci plenumu keçiriləcək. Plenum Siyasi Büronun yeni tərkibini və Siyasi Büronun Daimi Komitəsinin tərkibini müəyyən edəcək.  

Paytaxta ÇKP-nin 89 mln. üzvündən seçilmiş 2287 nümayəndə dəvət edilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri