18 
Okt
2017
08:52
73
33
2392
Virtual karabakh

Kiyevdə qarşıdurmalar zamanı iki polis əməkdaşı xəsarət aldı - FOTO

18 Okt, 2017
08:52
2392

Kiyevdə qarşıdurmalar zamanı iki polis əməkdaşı xəsarət aldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiyevin mərkəzində etirazçılarla asayiş keşikçiləri arasında baş vermiş toqquşmalar zamanı iki polis əməkdaşı xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Polisinin rəhbəri Sergey Knyazev keçirdiyi brifinqdə bildirib.

“Sutka ərzində hüquq-mühafizə qurumlarının 21 və 25 yaşlı iki əməkdaşının döyülməsi faktı qeydə alınıb. Onlar müxtəlif xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta ağırdır”, - deyə S.Knyazev bildirib. 

Onun sözlərinə görə, polis qüvvələri bundan sonra da mitinqdə və hökumət məhəlləsində asayişi qorumaq niyyətindədirlər. 

 S.Knyazev qeyd edib ki, bəzi radikal siyasi qüvvələr mitinq zamanı qan tökmək məqsədilə təxribat törətməyə cəhd etsələr də, bunun qarşısı alınıb.  Polis mitinq günü və bir gün əvvəl bir neçə partlayıcı qurğu, qumbara və silah aşkarlayaraq, götürüb. 

“Təxribatların qarşısını almaq və təhlükəsizlik məqsədilə hökumət məhəlləsinin mühafizəsi gücləndirilib”, - deyə o qeyd edib. 

Onun sözlərinə görə, mülki şəxslər arasında xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Polis əməkdaşları Ali Radaya və yaxınlıqda gecələmək məqsədilə etirazçılar tərəfindən yaradılan “çadır şəhərciyi”nə aparan yolları tam nəzarətə alıb. Etirazçılar isə, öz növbəsində, 100-dək çadırdan salınmış şəhərciyin perimetri boyu düzülərək, aksiyanı davam etdirirlər.

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyi, Alternativlər, Həqiqət, Batkıvşina, Özünə Dəstək və digər partiyaların tərəfdarları, o cümlədən “Sağ sektor”, “Milli Korpus” təşkilatlarının üzvləri Kiyevdə Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir.

Aksiya ilə əlaqədar Kiyevin mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi küçələr qismən bağlanıb, təhlükəsizliyin təmin edilməsinə 3,5 min polis əməkdaşı cəlb olunub.

Aksiya təşkilatçıları və iştirakçıları parlamentdə deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda, Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri