18 
Okt
2017
11:57
38
218
7699
Virtual karabakh

Moskvada erməni taksi sürücüsü 100-ə yaxın sərnişini öldürüb

18 Okt, 2017
11:57
7699

Moskvada erməni taksi sürücüsü 100-ə yaxın sərnişini öldürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada müştərilərini zəhərləməkdə təqsirli bilinən Ermənistan vətəndaşı həbs edilib.

Oxu.Az-ın xəbərinə görə, 29 yaşlı Vaan Karapetyan 100-ə yaxın insanın ölümündə şübhəli bilinir.

Onun qurbanları arasında tanınmış radio aparıcısı Artur Bitov da var.

V. Karapetyan 2015-ci ildən fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olub. O, müxtəlif səbəblərlə müştərilərinə təklif etdiyi mineral suyun içərisinə psixotrop maddələr qataraq, onları zəhərləyib.

Erməni taksi sürücüsünün kirayədə yaşadığı mənzildə aparılan axtarış nəticəsində 20 ədəd cib telefonu, 190 həb güclü psixotrop klozapin preparatı və 98 ədəd qol saatı aşkarlanıb.

İlkin dindirilmə zamanı saxlanılan şəxs günahını etiraf edib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri