18 
Okt
2017
13:59
15
59
2523
Virtual karabakh

ABŞ-la Türkiyə arasında viza böhranının həlli ilə bağlı şərtlər açıqlanıb

18 Okt, 2017
13:59
2523

ABŞ-la Türkiyə arasında viza böhranının həlli ilə bağlı şərtlər açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-la Türkiyə arasında viza böhranının həlli ilə bağlı irəli sürülən şərtlər açıqlanıb.

Оxu.Az "Haber7"yə istinadən xəbər verir ki, həmin şərtlər belədir: ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzla bağlı təmasın saxlanılması davam etməli, Metin Topuz və Mete C. ilə bağlı dəlil-sübutlar təqdim edilməli, ABŞ-ın diplomatik nümayəndələrində işləyənlər haqqında istintaqa dair məlumat Vaşinqtona verilməli, təmasların ABŞ-ın istəyi ilə olub-olmadığı öyrənilməli.

Türkiyə tərəfi ABŞ-ın şərtlərinə cavab olaraq bildirib: “Ön şərtləri qəbul etmirik. ABŞ-la danışıqlara ön şərtsiz başlayıb”.

Qeyd edək ki, oktyabrın 18-də ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə Türkiyə təmsilçiləri arasında viza böhranı müzakirə ediləcək.

N.H.

www. oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri