18 
Okt
2017
16:43
22
135
4444
Virtual karabakh

Yumurta Türkiyədə silah hesab edilir - FOTO

18 Okt, 2017
16:43
4444

Yumurta Türkiyədə silah hesab edilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Ədirnə şəhərində qəribə hadisə baş verib.

Bazarda yumurta satan Görkəm Uslu CHP partiyasının üzvü və bələdiyyə sədri Rəcəb Gürkana yumurta ilə hücum edib.

Оxu.Az bu barədə "EurasiaDiary"yə istinadən xəbər verir.

Hadisənin qəribə tərəfi isə ona bu hərəkətinə görə həbs cəzası verilməsi olub.

Satıcı selfi çəkmək istəyib və bələdiyyə sədrinin icazəsi ilə ona yaxınlaşıb. Ancaq o, yumurtalarla Rəcəb Gürkanı "atəşə" tutub.

Ədirnə Cəza Məhkəməsi satıcını “ictimai vəzifəsi olan şəxsi qəsdən yaralamaq” maddəsi ilə təqsirləndirib.

Məhkəmədə ifadə verən satıcı isə bələdiyyə sədrini qəsdən yaraladığını inkar edib: “Məqsədim məni işdən çıxarmaq cəhdlərinə etiraz etmək idi. Yaralanma oldusa da, bunu istəməyərək etdim. Ancaq peşman oldum”.

Məhkəmə sədri yumurtanın silah sayıldığını bildirib və satıcını 1 il 15 gün həbs cəzasına məhkum edib.

N.H.

www. oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri