19 
Okt
2017
01:15
65
38
2593
Virtual karabakh

Kseniya Sobçak: Prezident seçkilərində namizədliyimi Navalnıyın xeyrinə geri götürməyə hazıram

19 Okt, 2017
01:15
2593

Kseniya Sobçak: Prezident seçkilərində namizədliyimi Navalnıyın xeyrinə geri götürməyə hazıram

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada 2018-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edən televiziya aparıcısı Kseniya Sobçak  namizədliyini müxalifətçi Aleksey Navalnıyın xeyrinə geri götürməyə hazır olduğunu bildirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə K.Sobçak “Dojd” telekanalına müsahibəsində deyib.

“Əgər Navalnıyın namizədliyini qeydə alsalar, öz namizədliyimi geri götürmək də daxil olmaqla,  onunla müxtəlif variantları müzakirə etməyə hazıram”, deyə K.Sobçak vurğulayıb.

O həmçinin hakimiyyətdən A.Navalnıyın 2018-ci ilin prezident seçkilərinə buraxılmasını tələb edəcəyini qeyd edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri