19 
Okt
2017
11:36
29
208
6935
Virtual karabakh

Türkiyədə sevgilisi ilə qaçmaq istəyən qız öldü

19 Okt, 2017
11:36
6935

Türkiyədə sevgilisi ilə qaçmaq istəyən qız öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Bursa şəhərində 16 yaşlı Kübra D. sevgilisi ilə qaçmaq istəyərkən 3-cü mərtəbədən yıxılaraq ölüb.

Oxu.Az "CNN türk"ə istinadən xəbər verir ki, mələfələri bir-birinə bağlayan qız bununla 3-cü mərtəbədən həyətə enmək istəyib.

Qardaşlarının Kübranın sevgilisi ilə görüşməsinə qadağa qoyması onun bu addımı atmasına şərait yaradıb. 4 il öncə atasını, 1 il əvvəl isə anasını itirən gənc qızı qardaşları Semih D. və Sinan D. evə həbs edib. 

2 gün sevgilisindən xəbər ala bilməyən Engincan iki dostu ilə onu qaçırmaq üçün binanın önünə gəlib.

2 il görüşdüyü sevgilisi ilə qaçmaq qərarına gələn qız faciə qurbanı olub.

N.H.

www. oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri