19 
Okt
2017
13:50
100
45
2424
Virtual karabakh

İspaniya Kataloniyanın muxtariyyət statusunu ləğv edir

19 Okt, 2017
13:50
2424

İspaniya Kataloniyanın muxtariyyət statusunu ləğv edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunu ləğv edir.

Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb. Məlumata əsasən, Konstitusiyanın Kataloniyanın muxtariyyət statusunun ləğvini nəzərdə tutan 155-ci maddəsinin tətbiqinə başlanacaq.

Rəsmi Madrid Kataloniyanın müstəqilliyindən imtina edilməsi ilə bağlı verdiyi möhlət bu gün başa çatıb. Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon isə rəsmi Madridin onlarla dialoqa başlamayacağı təqdirdə Muxtar Respublikanın parlamentində müstəqilliq məsələsini səsverməyə çıxaracaqlarını bəyan edib.

Qeyd edək ki, K. Puçdemon bu il oktyabrın 1-də keçirilən mübahisəli referendumdan sonra Kataloniyanın müstəqilliyinin elan olunacağını bildirib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri