19 
Okt
2017
15:07
8
99
1738
Virtual karabakh

"Gürcü Arzusu"nun namizədləri arasında Ermənistan vətəndaşlarının olduğu iddia edilir - FOTO

19 Okt, 2017
15:07
1738

"Gürcü Arzusu"nun namizədləri arasında Ermənistan vətəndaşlarının olduğu iddia edilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyası hakimiyyətdəki “Gürcü Arzusu” Partiyasını seçki haqqında qanunu pozmaqda ittiham edib.

Oxu.Az-ın APA-nın yerli bürosuna istinadən məlumatına görə, “Avropalı Gürcüstan” Partiyasının liderlərindən biri Giorgi Kandelaki brifinqdə deyib ki, hakim partiyanın Axalkalaki bələdiyyəsinə namizədləri arasında Ermənistan vətəndaşları var: “Gürcü Arzusu”nun Axalkalaki bələdiyyəsi üzrə namizədləri Karapet Paloyan, Eduard Elizyan və Edik Berikyan Ermənistan vətəndaşlarıdır. Qanunvericiliyə əsasən, xarici ölkə vətəndaşları seçkiyə qatıla bilməz. Hakim partiyadan həmin namizədləri geri çağırmağı tələb edirik”. 

G. Kandelaki adları qeyd olunan şəxslərin Ermənistan vətəndaşı pasportlarının surətlərini təqdim edib.

“Gürcü Arzusu” məsələyə hələ münasibət bildirməyib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri