19 
Okt
2017
16:54
170
29
7883
Virtual karabakh

FETÖ-nün Azərbaycan rəhbəri həbs olundu

19 Okt, 2017
16:54
7883

FETÖ-nün Azərbaycan rəhbəri həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fəttullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycandakı qruplaşmasının rəhbərlərindən olduğu deyilən və Türkiyəyə daxil olarkən hava limanında saxlanılan Faruk Yıldız həbs olunub.

Оxu.Az xəbər verir ki, FETÖ-çu Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsindəki sənədləşmə işlərinin ardınca Ankara Ədliyyəsinə aparılıb.

İstintaqı aparan prokurora ifadə verən Faruk Yıldız Növbətçi Sülh Cəza Məhkəməsinə göndərilib. Ankara 2-ci Sülh Cəza Məhkəməsi onun həbs olunmasına qərar verib.

Qeyd edək ki, Faruk Yıldız oktyabrın 6-da saxlanılmışdı.

Faruk Yıldız Azərbaycanda yerləşən "Yıldız Elektrik" mağazalar şəbəkəsinin rəhbəridir.

N.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri