20 
Okt
2017
10:14
61
83
1720
Virtual karabakh

ABŞ aviaşirkətindən ilk: Təyyarə qadınlara tapşırıldı

20 Okt, 2017
10:14
1720

ABŞ aviaşirkətindən ilk: Təyyarə qadınlara tapşırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 ABŞ-ın "Southwest Airlines" aviaşirkətinə məxsus, tamamilə qadın heyət üzvlərindən ibarət təyyarə ilk reysini edib.

Оxu.Az bu barədə şirkətin "Twitter" hesabına istinadən xəbər verir.

"Southwest Airlines" reysin göndərilməsindən əvvəl çəkilmiş fotonu yayımlayıb. Qeyd edilir ki, "Boeing-737" Sent-Luisdən San-Fransiskoya uçub. 

Sərnişinlərə dörd bələdçi xidmət edib. Təyyarəni idarə etmiş iki pilot da qadındır.

"Twitter" istifadəçiləri bununla bağlı şərhlərdə "Southwest Airlines"in nailiyyətini yüksək qiymətləndiriblər.

ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsinin məlumatlarına əsasən, 2016-cı ildə lisenziyaya malik olan 584 minə yaxın pilotdan təxminən 39 min nəfəri qadın olub.

N.H. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri