20 
Okt
2017
15:56
23
59
1530
Virtual karabakh

Kurts Avstriyanın yeni hökumətini formalaşdırmağa başlayır

20 Okt, 2017
15:56
1530

Kurts Avstriyanın yeni hökumətini formalaşdırmağa başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyanın parlament seçkilərində liderlik edən Avstriya Xalq Partiyasının sədri Sebastyan Kurts hökuməti formalaşdırmaq üçün respublikanın prezidenti Aleksandr Van der Bellan tərəfindən mandat alıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə partiya sədri özünün "Twitter" səhifəsində yazıb.

“Respublika prezidenti Van der Bellen indicə mənə hökuməti formalaşdırmaq üçün səlahiyyət verdi. Mən bu tapşırığı qəbul edirəm və seçicilərimizə minnətdarlığımı bildirirəm”, - Kurts səhifəsində yazıb. 

Xatırladaq ki, Avstriyada oktyabrın 15-də vaxtından əvvəl parlament seçkiləri keçirilib. Bülletenlər sonuncu dəfə sayıldıqdan sonra səsvermənin liderinin 31,5% səslə Avstriya Xalq Partiyasının (AXP) olduğu məlum olub. Avstriyanın Sosial-Demokratik Partiyası 26,9% səslə ikinci yerdə qərarlaşıb.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri