21 
Okt
2017
02:14
26
557
2475
Virtual karabakh

Əfqanıstanda məscidlərə hücum: 69 ölü – YENİLƏNİB

21 Okt, 2017
02:14
2475

Əfqanıstanda məscidlərə hücum: 69 ölü – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstanda iki məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 69-a çatıb, 100-dən çox insan yaralanıb.

Oxu.Az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlardan biri paytaxt Kabildə, digəri isə Qor əyalətinin inzibati mərkəzi olan Çaqçaran şəhərində baş verib.

Partlayışları terrorçu-kamikadzelər törədib. Kabildəki İmam Zaman məscidində qadın və uşaqlar daxil olmaqla 39 nəfər həyatını itirib. Qor əyalətində isə 30 nəfər terror qurbanı olub. 

18:43

Əfqanıstanın paytaxtı Kabulda terror aktı törədilib. 

Оxu.Az "Haberturk"ə istinadən xəbər verir ki, terrorçu-kamikadze məscidin içərisində özünü partladıb. 

Dağıntılar altından ən azı 30 nəfərin meyitinin çıxarıldığı və ölü sayının artacağının istisna edilmədiyi bildirilir.  

N.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri