20 
Okt
2017
21:50
201
188
3708
Virtual karabakh

Azərbaycandan aparılan 33 ton pomidor Rusiyaya buraxılmadı

20 Okt, 2017
21:50
3708

Azərbaycandan aparılan 33 ton pomidor Rusiyaya buraxılmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Dağıstan Respublikasında Baytarlıq və Fitosanitariyaya nəzarət üzrə Federal Xidmətinin əməkdaşları (“Rosselxoznadzor”) Azərbaycandan gətirilən 33 tondan çox pomidor məhsulunun ölkəyə daxil olmasına icazə verməyib.

Oxu.Az-ın xəbərinə görə, səbəb kimi fitosanitar sertifikatda məlumatın tam dolğun olmaması göstərilir.

Yükün sahibi karantin məhsulunun idxalı və ixracı qaydalarını pozduğuna görə Rusiya Federasiyasının müvafiq qanunvericiliyinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri