21 
Okt
2017
16:34
36
195
9642
Virtual karabakh

Marneuliyə xüsusi təyinatlılar yeridildi – FOTO

21 Okt, 2017
16:34
9642

Marneuliyə xüsusi təyinatlılar yeridildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonuna xüsusi təyinatlı polis dəstəsi gətirilib.

Oxu.Az xəbər verir ki, yerli sakinlərin APA-nın Gürcüstan bürosuna verdiyi məlumata əsasən, xüsusi təyinatlıların olduğu iki avtobus artıq rayonun mərkəzindədir.

Əlavə polis dəstələrinin Marneulidə yerləşdirilməsində məqsəd seçki prosesi ilə bağlı yarana biləcək gərginliyin qarşısını almaqdır.

Qeyd edək ki, bu gün Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər keçirilir. Seçicilər 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçəcəklər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri