22 
Okt
2017
12:54
73
384
8435
Virtual karabakh

Avstriyada türklərə qarşı çirkin əməl – VİDEO

22 Okt, 2017
12:54
8435

Avstriyada türklərə qarşı çirkin əməl – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyadan Türkiyəyə getmək üçün Vyana hava limanında təyyarə gözləyən türklər çirkin davranışla üzləşiblər. Yerli polis axtarış itləri ilə türk sərnişinlərin üstünü axtarıb. Bununla kifayətlənməyən Avstriya polisi türk sərnişinlərə "üstünüzdə nə qədər pul var" sualını verib.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 13 oktyabrda baş verib.

Polisin çirkin rəftarı sosial şəbəkələrdə sərt tənqid olunub.

Türkiyənin Avstriyadakı konsulluğu Vyana hava limanına gedərək, məsələni yerində araşdırıb. Hadisənin təfərrüatları barədə hələlik açıqlama verilməyib.

Həmin hadisəyə adekvat cavab özünü çox gözlətməyib. Belə ki, oktyabrın 20-də Atatürk hava limanında oxşar yoxlama həyata keçirilib.  Türkiyədən Vyanaya getmək istəyən Avstriya vətəndaşları itlər vasitəsilə yoxlanıldıqdan sonra təyyarəyə buraxılıblar. Maraqlısı isə odur ki, bu cür yoxlamalar digər ölkə vətəndaşlarına tətbiq olunmayıb.

Hadisə diplomatik qalmaqala səbəb olub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri