22 
Okt
2017
13:29
117
36
5490
Virtual karabakh

Tbilisi merinin adı məlum oldu – FOTO

22 Okt, 2017
13:29
5490

Tbilisi merinin adı məlum oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan futbol yığmasının sabiq kapitanı Kaxa Kaladze Tbilisi meri vəzifəsinə seçkilərdə qalib gəlib.

Oxu.Az-ın məlumatına görə, bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilən məlumatda əksini tapıb.

Tbilisidə 737 seçki məntəqəsi üzrə səslərin hesablanmasından sonra K. Kaladze 51,06 faiz səs toplayıb. Hakim “Gürcü Arzusu” Partiyasının namizədinə 203 mindən çox Tbilisi sakini səs verib. İkinci yerdə 17,46 faizlə müstəqil namizəd Aleko Elisaşvili, üçüncü yerdə 16,53 faiz səslə Vahid Milli Hərəkat Partiyasının namizədi Zaal Udumaşvili qərarlaşıb.

Gürcüstanda şəhər merləri və bələdiyyələrdə seçkilərdə qələbə üçün namizədlərə 50 faizdən çox səs yığmaq tələb olunur.

Qeyd edək ki, K. Kaladze keçmiş futbolçudur, Tbilisi və Kiyevin “Dinamo”, İtaliyanın Milan və Cenoa  komandalarında müdafiəçi mövqeyində oynayıb. K. Kaladze ölkənin ən yaxşı futbolçularından biri sayılır, iki dəfə Çempionlar Liqasının qalibi olub. Siyasi karyerasına Gürcü Arzusu Partiyasında başlayan K. Kaladze 2012-ci ildə enerji naziri təyin olunmuşdu.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri